Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Uşaq oyuncağında iblis izləri? – "Labubu" ilə bağlı ŞOK İDDİA

18 iyl 2025, 09:03
Uşaq oyuncağında iblis izləri? – "Labubu" ilə bağlı ŞOK İDDİA

"Labubu" oyuncaqlarının bəzi sahibləri "iblis nəzəriyyəsi"nə görə bu kuklaları yandırırlar.

Liderxeber.az xəbər verir ki, bu barədə "MustShare News" nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan şayiələrə görə, "Labubu" oyuncaqlarının Mesopotamiya mifologiyasındakı iblis - "Pazuzu" obrazı ilə əlaqəli olduğu iddia edilir. "Pazuzu" ənənəvi olaraq aslan sifətində, qabarıq gözlü, qanadlı və quş pəncəli şəkildə təsvir olunur. O, bədbəxtlik və fəlakət gətirən cənub-qərb küləyinin hökmdarı hesab edilir.

Bəzi istifadəçilər bildirirlər ki, "Labubu"nun görünüşü - xüsusilə qabarıq gözləri və hiyləgər təbəssümü iblisin təsvirini qorxulu şəkildə xatırladır. Bu əlaqə "Pazuzu"nun 1973-cü ildə çəkilən "The Exorcist" ("Şeytanı qovan") adlı kult filmində görünməsindən sonra daha çox rezonans doğurub. Həmin filmdə Pazuzu azyaşlı bir qızın ruhunu ələ keçirən pis varlıq kimi təqdim olunurdu.

KİV-lərdə yayılan məlumatlara görə, bəzi "Labubu" sahibləri bu nəzəriyyədən o qədər qorxublar ki, oyuncaqların "şeytani enerji" daşıya biləcəyini düşünərək onları yandırmağa başlayıblar.

Bununla belə, ekspertlər və əksər sosial media istifadəçiləri "Labubu" ilə "Pazuzu" arasında iddia edilən əlaqənin sırf fərziyyə və spekulyasiya olduğunu bildirirlər.