Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

İki gün sonra daha bir - Tarixi çağırış edəcək

09 iyl 2025, 11:11
İki gün sonra daha bir - Tarixi çağırış edəcək

Məlum olduğu kimi, Türkiyədə kürd məsələsinin həlli istiqamətində siyasi proses davam edir. Belə ki, bu istiqamətdə PKK terror təşkilatının ləğv edilməsi barədə daha əvvəl bəyanat yayılmışdı.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 11-də isə təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın terrorçuların və onlara dəstək verən şəxslərin silahlarını təhvil verməsinə dair yeni müraciətinin yayılması planlaşdırılır.

İstanbul yaxınlığındakı İmralı həbsxanasında saxlanılan PKK liderinin müraciətinin mətni də artıq Türkiyə mediasında yayılıb. Silahların yerə qoyulmasına həsr olunacaq konfransda yayımlanması planlaşdırılan videomüraciətdə Öcalanın ətrafında onunla birgə həbsdə olan bir neçə məhbus da yer alıb.

A.Öcalanın bəyanatında bir sıra vacib mesajlar yer alıb. O, “silahın deyil, siyasətin və ictimai sülhün gücünə inanıram və sizi bu dəyəri həyata keçirməyə çağırıram” deyərək tərəfdarlarına səslənib. Müstəqil dövlət yaratmaq məqsədindən imtina etdiklərini, PKK hərəkatının milli müharibə strategiyasından imtina etdiyini deyən Öcalan kürd reallığının Türkiyədə tanındığını və bunun əsas məqsəd olduğunu deyib.

Əsas amallarına çatdıqlarını bildirən Öcalan demokratik siyasətin vacibliyini vurğulayıb və Türkiyə Böyük Millət Məclisinin üzərinə vəzifələrin düşdüyünü, qanunla qurulacaq böyük komissiyanın işinin həlledici olacağını deyib.

Yaşanan siyasi prosesin tarixi əhəmiyyətinin böyüklüyünü dərk etdiyini deyən PKK lideri bütün silahlı mübarizə metodlarını sona çatdırdıqlarını yenidən təkrarlayıb.