Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər

01 iyl 2025, 11:54
Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər

Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum edilib.

Liderxeber.az Ura.ru-ya istinadən xəbər verir ki, “KRİK-TV”nin əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqdakı “Baku Plaza” ticarət mərkəzində yerləşən “Nar&Sharab” restoranında çalışan Telli adlı xanıma hücum edib.

Bildirilib ki, Kuznetsov çəkiliş qrupu ilə birlikdə restoran açılmamışdan əvvəl oraya gəlib və onları içəri buraxmağı tələb edib.

Restoran işçisi onlara yaxınlaşaraq iaşə müəssisəsinə gəlmə səbəblərini öyrənmək istəyib və bildirib ki, məkan saat 12:00-da açılır.

Bu zaman həmin şəxslər qışqıraraq qadını videoya çəkib və yenə də restorana daxil olmağa təkid ediblər.

Daha sonra A.Kuznetsov Tellinin əlindən tutaraq onu küçə boyu sürükləməyə başlayıb, xəsarət yetirib, daha sonra isə pencəyindən yapışaraq qadını yerə yıxmağa cəhd edib.

Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib və müşahidə kameralarına düşüb.

Hücumdan sonra “KRİK-TV” əməkdaşları qışqıraraq təhqir və təhdidlər səsləndirməyə davam ediblər.

Restoran işçisi isə bildirib ki, Aleksey Kuznetsov onu müxtəlif istiqamətlərə sürükləməyə başlayanda fiziki ağrı və böyük qorxu hiss edib: “Məni öldürəcəyini düşünürdüm. Həyatım üçün qorxuram”.

Həmçinin məlumatda qeyd olunub ki, həmin telekanal son iki il ərzində Sverdlovsk vilayətində yaşayan azərbaycanlılara qarşı məqsədyönlü təzyiq göstərməkdə ittiham olunur, yalan məlumatlar yayımlayır və milli ədavəti qızışdırır. Bu səbəbdən “KRİK-TV”yə qarşı dəfələrlə şikayətlər daxil olub.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.