Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə

24 iyn 2025, 08:43
İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə

“İsrail rejimi Tehran vaxtı ilə səhər saat 4-dən sonra hücumları dayandırsa, davam etdirmək niyyətimiz olmayacaq”.

Liderxeber.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi “X” hesabında yazıb:

“Hələlik hər hansı atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq yoxdur. Hərbi əməliyyatlarımızın dayandırılması ilə bağlı yekun qərar hücumlar dayandırıldıqdan sonra veriləcək. Bütün iranlılarla birlikdə əziz ölkəmizi son damla qanına qədər müdafiə etməyə hazır olan və düşmənin istənilən hücumuna son dəqiqəyə qədər cavab verən cəsur Silahlı Qüvvələrimizə təşəkkür edirəm”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağı barədə anons etmişdi. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır.