Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

İranın İsrailə raket zərbələri: 20-dən çox insan həlak olub, yüzlərlə yaralı var

18 iyn 2025, 11:47
İranın İsrailə raket zərbələri: 20-dən çox insan həlak olub, yüzlərlə yaralı var

"Ötən cümə günü İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra Tehran İsrailə qarşı 400-dən çox raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb".

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirilir ki, bu raket və dron zərbələri ölkə ərazisində 40 hədəfə tuş gəlib. Nəticədə çoxsaylı dağıntılar qeydə alınıb və artıq vergi orqanlarına təxminən 19 minədək kompensasiya müraciəti daxil olub.

"İranın hücumları nəticəsində 24 nəfər həlak olub, 800-dən çox insan isə yaralanıb. Həmçinin 3 800-dən artıq sakin təhlükəsizlik səbəbilə evakuasiya edilib", - deyə məlumatda vurğulanıb.

Digər tərəfdən, İran rəsmilərinin açıqlamalarına əsasən, İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar nəticəsində ölkə ərazisində azı 224 nəfər həyatını itirib.

İranın İsrail ərazisinə gecə ərzində endirdiyi raket zərbələri nəticəsində 90-dan çox yaralı xəstəxanalara yerləşdirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrailin şimalında hava həyəcanı xəbərdarlığı edilib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) "X" sosial şəbəkəsində məlumat yayıb.

Xəbərdarlığın təfərrüatı açıqlanmayıb.

Hava həyəcanı elan edildikdən az sonra SAXAL şərqdən İsrailə nüfuz edən obyektin tutulduğunu açıqlayıb.