Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

İranın İsrailə genişmiqyaslı hücumu zamanı ölənlərin və yaralananların sayı artıb

16 iyn 2025, 11:18
İranın İsrailə genişmiqyaslı hücumu zamanı ölənlərin və yaralananların sayı artıb

"Yüksələn şir" əməliyyatı başlayandan bəri İranın zərbələri nəticəsində İsraildə ölənlərin sayı 16-ya, yaralananların sayı isə 287-yə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri ZAKA xilasetmə xidmətinə istinadən məlumat yayıb.

İranın İsrailin mərkəzinə son hücumu nəticəsində azı beş nəfər ölüb.

Liderxeber.az bu barədə "N12" telekanalına istinadla xəbər verir.

Bildirilir ki, zərbələr nəticəsində azı 87 nəfər yaralanıb, dörd nəfər Petah Tikvada, daha bir nəfər isə Bney Brakda ölüb.

Zərbələr nəticəsində böyük dağıntılar Hayfada da müşahidə olunub.

Xilasedicilər binaların dağıntıları altında qalan insanların axtarışlarını davam etdirirlər.

İranın İsrailin mərkəzinə endirdiyi son raket zərbələri nəticəsində azı üç nəfər ölüb, 67 nəfər xəsarət alıb

Liderxeber.az bu barədə "The Times of Israel" qəzetinə istinadla xəbər verir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Onlardan birinin vəziyyəti ağır, altısının isə orta ağırdır.

Bundan əvvəl İsrail Müdafiə Ordusu İrandan İsrail ərazisinə raket buraxılışını qeydə aldığını bəyan etmişdi.