Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

“Elektroenergetika haqqında” Qanuna dəyişiklik edildi

07 iyl 2025, 15:11
“Elektroenergetika haqqında” Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Liderxebet.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz) qüvvəyə minmə müddəti dəyişdirilib.

Həmin maddə bu il iyulun 1-dən qüvvəyə minməli idi. İndi isə onun qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin birinci mərhələsində (birinci mərhələ qanunun qüvvəyə mindiyi gündən, yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrü əhatə edir) həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması 2025-ci il iyulun 1-dək deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə icra ediləcək.