Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

KİV: "İran İsrailə qarşı hücumda "Qadr" və "Fattah-1" ballistik raketlərindən istifadə edib"

23 iyn 2025, 14:13
KİV: "İran İsrailə qarşı hücumda "Qadr" və "Fattah-1" ballistik raketlərindən istifadə edib"

Bu gün səhər saatlarında İran İsrailə qarşı hücum zamanı "Kheibar Shekan", "Emad", "Qadr" və "Fattah-1" ballistik raketlərini tətbiq edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İran İsrail ərazisini şimaldan cənuba qədər raket və kamikadze dronlarla vurub.

Bildirilir ki, hücum nəticəsində Təl-Əviv, Hayfa, Aşkelon, Aşdod, Akko, Tsfat və digər İsrail şəhərləri hədəfə alınıb.

İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisindən İsrail istiqamətinə daha bir raket buraxılışını qeydə alıb.

Liderxeber.az-ın məlumatına görə, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təhlükənin qarşısının alınması üçün müdafiə tədbirləri görülür.

İsrailin şimal bölgələrinin bəzilərində hava həyəcanı siqnalı verilib.

İrandan İsrail ərazisinə növbəti raket zərbələri endirilib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) məlumat yayıb.

"İsrail hərbçiləri təhdidin qarşısını almağa çalışırlar", - SAXAL-ın məlumatında qeyd olunur.

İsrailin şimalında yerləşən bəzi bölgələrdə hava hücumu xəbərdarlığının verildiyi bildirilir.