Son Xəbərlər
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən,
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
banner

Neftçalada Xocalı soyqırımının 31-ci il dönümü yad olunub

26 fev 2023, 15:24
Neftçalada Xocalı soyqırımının 31-ci il dönümü yad olunub

Neftçala rayonunda Xocalı soyqırımının 31- ci il dönümü ilə əlaqədar tədbir keçirilib və Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsi yad olunub.

Neftçala şəhərinin mərkəzində ucaldılan Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının, Rayon İcitmai şurasının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub və gül dəstələri düzülüb.

Tədbirdə məktəblilərin hazırladıqları Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, Xocalı soyqırımı şəhidlərinin və qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şəhrəbanu Əhmədova və Vətən Müharibəsi iştirakçısı Vüqar Qələşov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli, amansız faciəli səhifələrindən biri olduğunu və Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolundan danışan tədbir iştirakçıları bu həqiqətlərin Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıblar və fondun dəstəyilə bir çox ölkələrdə rus, ingilis və türk dillərində “Xocalı soyqırımı” filmi nümayiş etdirilib, Xocalı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin kollektivlərinin ədəbi-bədii kompozisiyaları, “ 25 Böyüməyən uşaqlar” bədii filmi nümayiş olunub və tədbir iştirakçılarını bir daha o ağır günlərə qaytarıb, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad olunub.