Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi 96% yekunlaşıb - FOTO

14 mar 2024, 14:13
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi 96% yekunlaşıb - FOTO

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib.

Energetika Nazirliyindən LiderXəbər-ə verilən məlumata görə, nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub.

Məlumata görə, 1,612 mln. kubmetr su tutumu olan “Xudafərin” və 56.75 mln. kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat
verilib. Hər iki hidroqovşaqda işlərin 96%-nin yekunlaşdığı bildirilib. Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar
dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası
ilə bağlı məsələlərə də toxunulub.

Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara
verilməsi nəticəsində illik 358 mln. kVt-saat elektrik enerjisi istehsalı, mövcud 252 min
hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin
sahələrinin suvarılması təmin ediləcək.