Son Xəbərlər
Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Yanvar ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi
Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb.
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə "Azərbaycanın Milli
Xırdalanda kişi özünü körpüdən atıb. Liderxeber.az xəbər verir ki, hadisə
Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham
AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində
banner

Xəstəlikdən əziyyət çəkən jurnalist: “Qızımı özüm böyütmək istəyirəm”

22 sen 2023, 12:37
Xəstəlikdən əziyyət çəkən jurnalist: “Qızımı özüm böyütmək istəyirəm”

“Qızımın iki ayı tamam olmayıb. Onu çox az görmüşəm, çünki o doğulandan dərhal sonra Türkiyəyə müalicəyə getmişəm, xəstəxanalarda olmuşam. Sağalıb qızımı özüm böyütmək istəyirəm”.

Bunu "Report" İnformasiya Agentliyinin əməkdaşı, jurnalist Şəfiqə Nazimqızı (Məlikova) deyir.

O, bir neçə gün əvvəl qardaş ölkədən müalicədən qayıdıb. İndi körpəsinin yanından ayrılmır, ana-bala ayrılığın başa çatmasının sevincini yaşayırlar.

28 yaşlı Şəfiqənin övladı 5 illik həsrətdən sonra dünyaya gəlib. Körpəsini qucağına alacağına sayılı günlər qalanda ona kəskin leykoz diaqnozu qoyulub.

Həmin vaxt həkimlər bir araya gələrək ana və uşağın həyatına təhlükə olduğunu bildirərək təcili şəkildə körpənin əməliyyatla götürülməsinə qərar veriblər. Əməliyyat çox ağır keçib. Yüksək həyati risk olmasına baxmayaraq, xoşbəxtlikdən ana və övladı sağ qalıb.

Şəfiqə ana olandan iki gün sonra körpəsini xəstəxanada ailə üzvlərinə tapşıraraq yoldaşı ilə Türkiyəyə müalicəyə gedib. Avqustun 1-dən sentyabrın 13-dək ailənin və bir neçə yaxın adamın maddi dəstəyi ilə Türkiyənin "Anadolu" xəstəxanasında müalicə, kimyaterapiyalar alıb.

Lakin bu müalicələr kifayət etməyib, tam sağalması üçün Şəfiqəyə sümük iliyi köçürülməlidir (kök hüceyrəsinin nəqli).

Bunun üçün donor tapılıb. Qardaşı donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında əməliyyat həyata keçirilməlidir.

Əməliyyatın icrası üçün 50 min dollardan çox vəsait (85 min manat) lazımdır. Bunun üçün ailənin maddi imkanı yoxdur. Şəfiqənin həyat yoldaşı da jurnalistdir. Bir jurnalist ailəsi üçün əməliyyatla bağlı tələb olunan vəsait çox böyük məbləğdir. Ona görə də Şəfiqənin yardımsevər insanların köməyinə ehtiyacı var.

Körpəsinin də anasına ehtiyacı var, Şəfiqə üçün köçürəcəyimiz məbləğ təkcə ona deyil, körpəsinə də həyat verəcək.

Şəfiqənin əməliyyatına kömək üçün kart hesabları açılıb.

4127 2141 2198 9898 ABB

4098 5844 9726 5767 Leo