Son Xəbərlər
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna

Göygölün icra başçısının birinci müavini təqaüdə yola salınıb

25 fev 2023, 14:51
Göygölün icra başçısının birinci müavini təqaüdə yola salınıb


Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Həndəm oğlu Əliyev yaş həddi ilə bağlı təqaüdə yola salınıb

Dövlət qulluğunda olmanın yaş həddi başa çatdığına görə Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Həndəm oğlu Əliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Turani Həndəm oğlu Əliyev uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmış, 24 aprel 2006-cı il tarixdən 07 noyabr 2006-cı il tarixədək Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə başçının müavini, 07 noyabr 2006-cı il tarixdən hal-hazıradək  İcra Hakimiyyəti başçısının birinci müavini və eyni zamanda 22 may 2020-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra etmişdir. 27 iyul 2010-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri vəzifəsində çalışmışdır. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 
 
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev  rayon ağsaqqalları və ziyalıların iştirakı ilə Turani Əliyevlə keçirilmiş görüş zamanı ona xoş arzularını çatdırıb və bundan sonra da rayonun ictimai həyatında ağsaqqal kimi fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.