Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır

21 fev 2023, 11:33
Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır

Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır

Liderxəbər-in xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektrik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır.

- elektrik şəbəkələrinə qoşulmaq;

- təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;

- elektrik enerjisinin təchizatı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun, etibarlı və fasiləsiz elektrik enerjisi ile təmin olunmaq;

- öz istehlakı üçün elektrik enerjisini saxlamaq;

-. elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın təchizatçı tərəfindən ödənilməsini tələb etmək;

- təchizatçıdan bu Qanunla müəyyən edilən hallarda bildiriş almaq;

- təchizatçı tərəfindən təklif olunan elektrik enerjisinə görə ödəniş üsullarından və sistemlərindən birini seçmək.

Təchizatçı seçmək hüququndan istifadə etməyən və ya bu Qanunun 19.9- cu maddəsində nəzərdə tutulan hallarda (Elektrik enerjisi təchizatçısının fəaliyyətinin dayandırılması və ya onun İcazəsinin dayandırılması, yaxud ləğvi istehlakçıya elektrik enerjisi verilişinin dayandırılmasına səbəb ola bilməz. Bu hallarda istehlakçının təchizatçını dəyişdirməsi pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir) sərbəst istehlakçıların elektrik enerjisi ilə təchizatı müəyyən edilən qiymət (tarif) əsasında səlahiyyətli təchizatçı tərəfindən həyata keçirilir. Elektrik enerjisi təchizatçısının fəaliyyətinin dayandırılması və ya onun İcazəsinin dayandırılması, yaxud ləğvi istehlakçıya elektrik enerjisi verilişinin dayandırılmasına səbəb ola bilməz. Bu hallarda istehlakçının təchizatçını dəyişdirməsi pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Qeyri-məişət istehlakçıları elektrik qurğularına xidmət edən ayrıca işçiyə və ya işçi heyətinə malik olmalı, yaxud elektrik qurğularına xidmət göstərən hüquqi və ya fiziki şəxslə müqavilə bağlamalıdır. Təchizatçı ile bağlanılan elektrik enerjisinin təchizatı müqaviləsinin şərtləri pərakəndə satış bazarı qaydaları ilə müəyyən edilir.

Təchizatçı sərbəst istehlakçılarla bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərini dəyişdirmək istədikdə, dəyişikliklərin edilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl onlara bildiriş göndərməli və bildirişə həmin istehlakçıların onunla bağlanılmış müqaviləyə mülki qanunvericiliyə uyğun olaraq xitam vermək hüququ barədə məlumatı da daxil etməlidir. Sərbəst istehlakçılar təchizatçı tərəfindən onlara təqdim edilmiş yeni şərtlər ilə razılaşmadıqda, bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinə xitam verə bilərlər.

Aktiv istehlakçıların istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq satmaq hüququ var.

Ötürücü va ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə ve müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Ötürücü və ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğacının oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar ötürücü və ya paylayıcı şəbəkəyə qanunsuz (ötürücü və ya paylayıcı sistem operatorunun razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ var. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir.