Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Bayram günlərində bölgələrdə qar yağacaq

19 mar 2024, 14:47
Bayram günlərində bölgələrdə qar yağacaq

Bölgələrdə bayram günlərində (martın 20-24-də) gözlənilən hava açıqlanıb.

Bu barədə LiderXəbər-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5 ° isti, gündüz 6-11° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-4° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2°şaxtdan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq.