Son Xəbərlər
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.

Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub - YENİLƏNİB - 2

24 okt 2024, 16:00
Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub - YENİLƏNİB - 2

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Liderxeber.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

16:09

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

liderxeber.az-ın Kazana ezam olunan müxbirinin məlumatına görə, görüş XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı baş tutub.

14:57

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Liderxeber.az-ın Kazana ezam olunan müxbirinin məlumatına görə, görüş XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı keçirilir.