Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

"Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklikləri I oxunuşda qəbul edildi: ƏSAS MÜDDƏALAR

16 dek 2024, 12:46
"Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklikləri I oxunuşda qəbul edildi: ƏSAS MÜDDƏALAR

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.

Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 39-cu maddəsinə müvafiq olaraq, dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5-dir.

Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.