Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

"Buğda istehsalında ağıllı kənd təsərrüfatı metodlarının mərhələli tətbiqi" layihəsi üzrə fəaliyyətlər davam edir

24 okt 2024, 16:04
"Buğda istehsalında ağıllı kənd təsərrüfatı metodlarının mərhələli tətbiqi" layihəsi üzrə fəaliyyətlər davam edir

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ), ƏETİ tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) təqdim edilmiş “Buğda istehsalında ağıllı kənd təsərrüfatı metodlarının mərhələli tətbiqi” layihəsi çərçivəsində, Yeni Zellandiyanın Vantage Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıcısı və direktoru Kreiq Makkenzi (Craige Mackenzie) ekspert qismində “Buğda əkinlərində innovativ, dəqiq əkinçilik texnologiyalarını tətbiq etməklə məhsuldarlığın artırılması yolları” mövzusunda 2 günlük təlim keçib.

Liderxeber.az xəbər verir ki, K.Makkenzi təlimdə əkin sahələrinin qabaqcıl müşahidə sistemləri və vaxtında müdaxilə xidmətlərinin torpaq nəmliyinin və ətraf mühit- iqlim şəraitinin monitorinqi də daxil olmaqla əldə edilmiş məlumatlar əsasında ağıllı əkinçilik metodları və onların əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib. Ekspert fermer təsərrüfatında becərilən bitkilərdən (buğda, arpa, kök, çuğundur və s.) maksimum yüksək məhsul almaq üçün növbəli əkinin tətbiqi ilə yanaşı müasir innovativ tədbirlər haqqında geniş məlumat verib.

K.Makkenzi tərəfindən təlimdə buğdanın 65kq/ha səpin normasında sahədən 12-14 t/ha məhsul götürülməsi üçün düzgün sort seçilməsinin, bitkilərin inkişaf mərhələlərinə uyğun olaraq həyata keçirilən tədbirlərin vacibliyi- əkindən əvvəl torpağın aqrokimyəvi və aqrofiziki göstəricilərinin təyini, bitkilərin ilkin inkişaf mərhələsində kollanma potensialının artırılması məqsədi ilə azot gübrələri və yaşılqalma müddətinin uzadılması üçün torpaq nəmliyindən asılı olaraq optimal suvarmanın təmin edilməsi, müvafiq fungisid, pestisid və gübrələrin tətbiqi və s. vurğulanıb.

Təlimdə Aqrar Xidmətlər Agentliyinin, KTN-nin, Ərzaqlıq buğda istehsalı ilə məşğul olan şirkətlərin, ƏETİ-nin şöbə və laboratoriyalarının əməkdaşları iştirak edib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən cavablandırılıb.