Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

“Əlilliklə bağlı mövqeyimiz birmənalıdır”

21 noy 2024, 14:19
“Əlilliklə bağlı mövqeyimiz birmənalıdır”

“Mən inanmıram ki, Azərbaycanın bütün xəstəxanaları adekvat işləmir”.

Liderxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Əlilliyin təyin olunması prosedurlarını bilirsiniz. Vətəndaş xətəxanada qeydiyyatdan keçməli, orada müayinə olunmalı və sənədlər təqdim olunmalıdır. Bizim tərəfimizdən hər bir hal araşdırılır. 

Cari ildə 40 mindən çox şəxsə əlillik təyin edilib. Bunun 50%-i ilkin əlillik təyinatı, 50%-i isə təkrar əlillik təyinatıdır. Əlilliklə bağlı bizim mövqeyimiz birmənalıdır. Haqqı çatan, qanunvericiliyə uyğun bütün hallar dəyərləndirilməli və həmin insanların əlilliyi təyin olunmalıdır. Amma saxta yollarla, əsassız şəkildə əlillikdən gəlir yolu kimi istifadə edilməsinə icazə verilməməlidir. Bunun qarşısı ardıcıl olaraq alınacaq”, - deyə nazir bildirib.