Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

ABŞ İranı İsrailin indiki zərbəsinə cavab verməməyə çağırıb

26 okt 2024, 09:18
ABŞ İranı İsrailin indiki zərbəsinə cavab verməməyə çağırıb

"Amerika Birləşmiş Ştatları İranı İsrailin indiki zərbəsinə cavab verməməyə çağırır və yəhudi dövlətinin bu əməliyyatını iki tərəf arasındakı hərbi qarşıdurmanın sonu hesab edir".

Liderxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ administrasiyasının yüksəkrütbəli nümayəndəsi İsrailin İrana zərbəsi ilə bağlı jurnalistlər üçün xüsusi brifinqdə bildirib.

O, həmçinin əlavə edib ki, İranla sıx əlaqələri olan ölkələr də daxil olmaqla, Yaxın Şərq regionundakı bir çox ölkə oxşar mövqe tutur.

ABŞ-nin çağırışlarına baxmayaraq, Tehranın son İsrail zərbəsinə necə reaksiya verəcəyi hələ aydın deyil.

ABŞ rəsmisi İranın Vaşinqtona mümkün addımları barədə siqnallar verib-vermədiyini dəqiqləşdirməkdən imtina edib, lakin iki ölkə arasında əlaqə kanallarının mövcudluğunu təsdiqləyib.

"Bizim İranla çoxsaylı birbaşa və dolayı (əlaqə) kanallarımız var", - deyə məmur vurğulayıb.