Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan daşıyıcılarının 3-cü ölkələrdən əldə etdiyi gəlir açıqlanıb

24 okt 2024, 14:02
Azərbaycan daşıyıcılarının 3-cü ölkələrdən əldə etdiyi gəlir açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan daşıyıcıları 3-cü ölkələrdən 340 milyon manatdan çox gəlir əldə edib.

Bunu Liderxeber.az-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.

Onun sözlərinə görə, 3-cü ölkə daşımalarının sayı əhəmiyyətli dərəcədə artıb və buna səbəb AYNA-nın apardığı danışıqlar nəticəsində xüsusi defisit icazələrin kvota sayının artırılması, daşıyıcıların və onların sürücülərinin təlimlərə cəlb edilərək peşəkarlıq səriştələrinin artırılması, bunun nəticəsində xarici ölkələrdəki yük göndərənlərin milli daşıyıcılara etimadının yüksəlməsidir: "Təkcə son 3 ildə 10 min 700 nəfər beynəlxalq yükdaşıma fəaliyyəti göstərən sürücüyə və 377 nəfər məsul şəxsə peşəkarlıqla bağlı təlim keçirilib".

AYNA rəsmisi əlavə edib ki, 2021-ci ildə xarici daşıyılar Azərbaycan üzərindən 99 min 672 dəfə, yerli daşıyıcılar isə 9 643 dəfə olmaqla yük daşıyıb: "Beləliklə, cəmi 109 min 315 tranzit daşıma həyata keçirilib. 2023-cü ildə isə Azərbaycan üzərindən xarici daşıyıcılar 297 min 685 dəfə, yerli daşıyıcılar isə 36 min 454 dəfə yük daşıyıb. Nəticədə ümumilikdə 334 min 139 tranzit tranzit daşıma reallaşdırılıb. Rəqəmlərdən göründüyü kimi, son üç ildə avtomobil nəqliyyatı ilə tranzit daşımalarda 3 dəfə artım olub".

"Nəqliyyat sektorunda, o cümlədən avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində həyata keçirilən işlər bütün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişdiyi mərkəz qismində vacib rolunu və ölkəmizin tranzit potensialını daha da artırıb. Ötən ilin noyabrında Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı" isə bu prosesə xüsusi təkan verib. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində son 3 ildə aparılan əsaslı islahatların nəticəsində ölkəmizin xarici ticarət əlaqələri daha da genişlənib, rəqabət mühiti yaxşılaşıb, daşıyıcıların fəaliyyəti sayəsində ölkəmizə valyuta axını artıb", - deyə S.Əbilov əlavə edib.