Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Neftçalda şəhid Kamran Hüseynovun yas mərasimi keçirilib

07 mar 2023, 15:59
Neftçalda şəhid Kamran Hüseynovun yas mərasimi keçirilib

Müdafiə Nazirliyinin məlumatına əsasən mart ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun yas mərasimi qeyd olunub.

Şəhidin yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçsı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- muhafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər,  din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Məlumat üçün bildiririk ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk və səbir diləyirik.