Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

FHN COP29-la bağlı yanğın və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirir

28 okt 2024, 17:53
FHN COP29-la bağlı yanğın və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirir

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Bu barədə sorğuya cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə cari ilin yanvar ayında FHN-də tərkibinə Nazirliyin rəhbər vəzifəli şəxslərinin daxil olduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib.

Təsdiq olunmuş Tədbirlər Planı üzrə qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin bütün qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilir, maarifləndirmə, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi, habelə Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər istiqamətlərdə zəruri tədbirlər görülür.

COP29-a hazırlıqla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə mütəmadi olaraq müşavirələr keçirilir, görülmüş işlərə dair Qərargah üzvlərinin hesabatları təqdim olunaraq geniş müzakirəsi aparılır, aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair zəruri tapşırıqlar verilir, icrası nəzarətə götürülür.

Qeyd edək ki, COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən işlərin böyük hissəsi yerinə yetirilib.