Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin
Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil. Bu məscidlər həm də dünya
Azad edilən ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan
Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün
Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə,
Rusiya gəmisi balıq tutmaq üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən,
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
banner

Neftçalanın icra başçısı kənd sakinlərinin problemlərini dinləyib

06 okt 2023, 16:21
Neftçalanın icra başçısı kənd sakinlərinin problemlərini dinləyib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yenikənd və Qırmızı Şəfəq kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀ 
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Yenikənd və Qırmızı Şəfəq kəndləri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev Azərbaycan müəllimini milli sərvət hesab edirdi” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsinə göstərilən xüsusi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin müəllimlərə olan xüsusi diqqəti və qayğısından, təhsil sahəsində görülən işlər görüş iştirakçılarının diqqətinə çatdırılıb.
 
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə, 10 aprel və 19-20 sentyabr 2023-cü ilin tarixində lokal antiterror tədbirləri zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ümummilli Lider Heydər Əliyevin həmişə müəllim əməyini yüksək qiymətləndirdiyini, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşması, onların maddi rifah halının qayğısına qalması haqqında danışıb. Ulu Öndər Heydər Əliyev deyirdiki: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, səbirlə bizə öyrədib və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
 
RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. İşğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər,  kəndə mavi yanağın verilməsi, telekomunikasiya qovşağının yenidən qurulması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.