Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Qış parkındakı bütün eskalatorlar işə salındı - Video

06 yan 2026, 10:04
Qış parkındakı bütün eskalatorlar işə salındı - Video

Bir neçə ildir ki, Qış parkının ərazisində və ətrafında yerləşən eskalatorların işləməməsi paytaxt sakinlərinin narahatlığına səbəb olurdu.

Liderxeber.az xəbər verir ki, artıq parkdakı bütün eskolatorların işlək vəziyyətə gətirilməsi təmin edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, hazırda ərazidəki 24 eskolatorun hamısı işlək vəziyyətdədir:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq, AYNA-nın nəzarətində olan yeraltı dayanacaq məntəqələrində eskalatorların və liftlərin işlək vəziyyətə gətirilməsi istiqamətində iş aparılır.

Artıq Qış parkının altındakı avtodayanacaqdakı mövcud 24 eskalatorun hamısı tam işlək vəziyyətə gətirilib. Dövlət Proqramına uyğun olaraq, Bakı şəhərində mobillik strategiyası çərçivəsində piyada infrastrukturunun yaradılması, şəhər mühitinin sakinlər üçün daha rahat və təhlükəsiz hala gətirilməsi istiqamətində işlər davam etdirilir”.