Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Leyla Əliyeva Omanda səfərdədir - Fotolar

05 yan 2026, 14:06
Leyla Əliyeva Omanda səfərdədir - Fotolar

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir.

Liderxeber.az xəbər verir ki, Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Oman arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, xüsusilə turizm və mədəni irs sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Leyla Əliyeva bu cür görüşlərin Azərbaycan–Oman münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. 

Leyla Əliyeva Azərbaycanın zəngin tarixi-mədəni irsi, turizm potensialı, o cümlədən sağlamlıq, ekoturizm, mədəni və qış turizmi imkanları barədə ətraflı məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın tarixi abidələrinin qorunması, bərpası və UNESCO çərçivəsində həyata keçirilən layihələr barədə danışaraq, bu sahələrdə Omanla təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunub. Söhbət zamanı iki ölkə arasında turist axınının artırılması, turizm qurumları və özəl sektor arasında birbaşa əlaqələrin qurulması, birgə layihələrin və tanıtım tədbirlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.

Salim bin Məhəmməd Al Mahruqi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək, mədəni irsin qorunması və turizmin dayanıqlı inkişafı sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın Oman turistləri üçün cəlbedici istiqamət olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin və rəsmi nümayəndə heyətləri arasında təmasların fəallaşdırılmasını müsbət qiymətləndirib.

Görüşdə gələcəkdə turizm sərgilərində birgə iştirak, media və tanıtım səfərlərinin təşkili, eləcə də mədəni tədbirlər vasitəsilə xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılıq əldə olunub.