Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Şəhidlərin xatirəsinə həsr olunan inşa müsabiqəsinin qalibləri açıqlanıb – FOTO

04 yan 2026, 16:24
Şəhidlərin xatirəsinə həsr olunan inşa müsabiqəsinin qalibləri açıqlanıb – FOTO

Dünən “Azturk Holdinq” və “Şuşa” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Bir inşa, bir xatirə, bir qəhrəman!” layihəsi çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş inşa müsabiqəsinin yekun tədbiri keçirilib.

Liderxeber.az xəbər verir ki, təltifetmə mərasimində qalib şagirdlərlə yanaşı, onların valideynlərinə və müəllimlərinə də təşəkkür edilib.

“Mənim şəhidim, mənim qəhrəmanımdır” mövzusunda təşkil edilən müsabiqə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid xatirəsinin yaşadılması və milli-mənəvi dəyərlərin təbliği məqsədi daşıyıb. Tədbirdə şagirdlər və valideynlərlə yanaşı, millət vəkilləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, müsabiqəyə təqdim olunan inşalarda gənclərin Vətənə bağlılığı, şəhidlərə ehtiramı və tarixi yaddaşa sadiqliyi aydın şəkildə öz əksini tapıb. Münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşdirilib və adları ictimaiyyətə açıqlanıb.

Tədbirdə çıxış edən “Azturk Holdinq”in və “Şuşa” Peşəkar Futbol Klubunun sahibi Güləli Bağırov bu cür layihələrin əhəmiyyətinə toxunaraq qeyd edib ki, məqsəd yalnız müsabiqə təşkil etmək deyil, gənc nəslin mənəvi dəyərlər əsasında formalaşmasına töhfə vermək, şəhidlərin xatirəsini daim yaşatmaqdır. Onun sözlərinə görə, gənclərin qələmindən çıxan hər bir yazı Azərbaycanın hansı qurbanlar hesabına bu günə gəlib çatdığını nümayiş etdirir.

Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri aşağıdakı kimi müəyyən edilib:

I yer – Gülbahar İbrahimli

II yer – Məryəm Bağırzadə

III yer – Fidan Nəbili

IV yer – Rüqəyya Vəlizadə

V yer – Mərhab Əliyev

VI yer – Nərgiz Mehtiyeva

VII yer – Asena Sadıqova

VIII yer – Cavidan Nəbili

IX yer – Dəniz Mirzayeva

X yer – Məhəmməd Həsənov

XI yer – Nuray Əliyeva

XII yer – Yağmur Abdullayeva

XIII yer – Mehman Tarverdiyev

XIV yer – Nurlana Xəlilova

XV yer – Nurəddin Abdullayev

Tədbirdə şagirdlərlə yanaşı media nümaəyəndələri də təltif olunublar.

Xəyalə Məmmədova, Sevinc Kərimova, Emin Nəbili, Pərvin Kazımoğlu, Orxan Əliyev, Rəşad Bayramov, Orxan Kərimov, Ariz Əhədov, Səbuhi Vaqifoğlu, Fuad Mədətov, Bəhruz Məmmədov, İlqam Cəbiyev, Emin Fərzəliyev, Tural Hüseynov, Amil İbişov, Aslan Abbaszadə, Elvin Məmmədov, Ramin Məmmədov, Mikayıl Mirzəzadə.

Sonda layihə rəhbəri çıxış edərək müsabiqənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə sponsor təşkilatlara xüsusi təşəkkürünü bildirib. O, orqanik məhsulların istehsalı və satışı ilə məşğul olan yerli “Azərkənaf” brendinə, “Maiden Tower Perfume” şirkətinə və “Səttar Art” rəsm kurslarına layihəyə verdikləri töhfəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Azturk Holdinq” və “Şuşa” Peşəkar Futbol Klubu milli-mənəvi dəyərlərin qorunması, şəhid xatirəsinin yaşadılması və vətənpərvər gəncliyin formalaşdırılması istiqamətində bu kimi layihələrin davam etdirilməsini planlaşdırır.