Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Tramp-Zelenski görüşü başa çatdı

29 dek 2025, 09:05
Tramp-Zelenski görüşü başa çatdı

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı “Mar-a-Laqo” iqamətgahında keçirilən həlledici görüş başlayıb.

Liderxeber.az xəbər verir ki, görüşdən əvvəl mətbuata açıqlama verən Tramp Rusiya lideri Vladimir Putinlə apardığı telefon danışığından sonra Moskvanın sülh razılığına gəlmək məsələsində çox ciddi olduğuna əminliyini ifadə edib.

Ağ Ev rəhbəri həm Putin, həm də Zelenskinin müharibəni dayandırmaq və sülhə nail olmaq istədiyini vurğulayıb. O, həmçinin “Ukrayna və hər kəs üçün faydalı olacaq” razılaşmanın əsas xətlərinin mövcud olduğunu da qeyd edib.

Zelenski isə öz növbəsində bildirib ki, bu görüş sülh planının ən kritik bəndləri, o cümlədən ərazi məsələləri və Zaporojye AES üzərində nəzarətin bərpası ilə bağlı razılığa gəlmək üçün mühüm əhəmiyyət kəsb edir.

***

ABŞ və Ukrayna prezidentləri arasındakı görüş iki saatdan çoxdur davam edir.

***

Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü başa çatıb.

Bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.