Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Nazirdən “Rus Evi” ilə bağlı açıqlama

26 dek 2025, 15:37
Nazirdən “Rus Evi” ilə bağlı açıqlama

“Bakıdakı “Rus Evi” uzun müddət ərzində qeydiyyatsız fəaliyyət göstərirdi. Bununla bağlı Rusiyaya rəsmi xəbərdarlıq edilmişdi”.

Liderxeber.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Bakıdakı “Rus Evi”nin bağlanmasına və Rusiya ilə bu istiqamətdə hansısa danışıqların aparılmasına dair suala cavab verərkən deyib.

Onun sözlərinə görə, bu və ya digər təsisatların fəaliyyəti zamanı ölkə qanunvericiliyinə hörmət önəmlidir.

C.Bayramov “Rus Evi” ilə bağlı ən son təmasların bir neçə həftə əvvəl olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, “Rus Evi”nin bağlanmasına dair yarım qalan məsələlər mövcud olub və bu proses çərçivəsində Rusiya nümayəndələri Bakıya səfər edib. Son nəticədə isə “Rus Evi”nin bağlanmasına dair bütün məsələlər həll edilib və tam ləğv prosesi baş tutub.