Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarə vurulub

26 dek 2025, 11:25
Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarə vurulub

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırma davam edir.

Liderxeber.az xəbər verir ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.

Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd edilib. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.

Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.