Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“Kristal” və “Prysmian Group” arasında əməkdaşlıq memorandumu imzalandı

25 dek 2025, 16:30
“Kristal” və “Prysmian Group” arasında əməkdaşlıq memorandumu imzalandı

Kristal” şirkəti ilə kabel sistemləri sənayesində qlobal liderlərdən biri olan İtaliya brendi “Prysmian Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Liderxeber.az xəbər verir ki, memorandum “Prysmian Group”un Rusiya və MEART regionu üzrə Baş Kommersiya Direktoru Murat Tezcan və “Kristal” şirkətinin Müşahidə Şurasının sədri Mahiyyət Nəbiyev tərəfindən imzalanıb.

İmzalanmış memorandum tərəflər arasında indiyədək mövcud olan uğurlu əməkdaşlığın davamı olmaqla yanaşı, davam edən layihələrlə bərabər, gələcək illəri əhatə edən fəaliyyət planını da özündə əks etdirir. Razılaşma çərçivəsində “Kristal”ın həyata keçirdiyi “City Garden Narimanov”, “Park Yasamal”, “Highland Residence”, və “Biləcəri” layihələrində “Prysmian Group” istehsalı olan yanmayan kabellərdən istifadə olunacaq. Sözügedən məhsullar mənzil daxili elektrik xətlərinin çəkilişi mərhələsində tətbiq olunacaq.

Qeyd edək ki, “Prysmian Group” kabel sistemləri sahəsində dünyanın aparıcı brendlərindən biridir və yüksək texnologiyalı, təhlükəsizlik standartlarına cavab verən məhsulları ilə tanınır. Şirkət tərəfindən istehsal olunan yanmayan kabellər yanma zamanı tüstü buraxmır, bu isə yaşayış binalarında təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırır.

Memorandum hər iki şirkət üçün strateji əhəmiyyət daşıyır və gələcəkdə əməkdaşlığın daha genişmiqyaslı layihələr üzrə davam etdirilməsi üçün möhkəm zəmin yaradır.

Ətraflı: *1544

kristal.az