Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

Sumqayıtda ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

25 dek 2025, 16:59
Sumqayıtda ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Sumqayıt və Bakının digər məntəqələrində “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb. 

Liderxeber.az xəbər verir ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan yarmarkalar, Sumqayıt şəhərində, eləcə də Bakının 7 fərqli ünvanında fəaliyyət göstərəcək. Belə ki, paytaxt sakinləri yarmarkaları Sumqayıt şəhəri ( 9-cu mikrorayon, Köhnə Şərq bazarının yaxınlığı), “Nəriman Nərimanov”, “Azadlıq”, “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının yaxınlığında ziyarət edə biləcəklər. Sözügedən yarmarkalar 29 dekabr tarixinədək davam edəcək. 

Bununla yanaşı, dekabrın 27-dən etibarən işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq “Kənddən Şəhərə” Yeni il yarmarkası Xankəndi şəhərində təşkil olunacaq. Xankəndi sakinlərinin xidmətinə təqdim edilən yarmarka 29 dekabr tarixinədək fəaliyyət göstərəcək.  

Təşkil edilən yarmarkaların əsas məqsədi fermerlərin satış imkanlarını genişləndirmək, regionlardan gətirilən yerli məhsulları daha geniş auditoriyaya çatdırmaq, eləcə də bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullara rahat çıxışını təmin etməkdir. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının genişləndirilməsinə xüsusi önəm verilir. Yarmarkalarda ölkənin 40-a yaxın regiondan iştirak edəcək 160-a yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 150-dən artıq məhsul çeşidini satışa çıxaracaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkasının ilk dəfə işğaldan azad edilmiş ərazilərdə keçirilməsi isə burada sosial-iqtisadi fəallığın artırılması, yerli sahibkarlığın və fermer fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə isə təşkil olunan yarmarkalarda fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.