Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Həmin əcnəbilərə hökm oxundu

24 dek 2025, 16:41
Həmin əcnəbilərə hökm oxundu

Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən əcnəbilər qəbir üzərində təhqiredici hərəkət etməkdə təqsirli biliniblər. Səudiyyə Ərəbistanı vətəndaşları - Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi hər biri ayrı-ayrılıqda 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd edilir ki, onlar cəzalarını bitirən kimi ölkədən çıxarılmalıdırlar.

Xatırladaq ki, hadisə bir neçə ay əvvəl baş verib. Polisin keçirdiyi əməliyyatla onlar Səbail rayonunun Salyan şosesində yerləşən “Panarama” hoteldə tutulublar.

Məhkəmədə hər biri törətdikləri əmələ görə Azərbaycan xalqından üzr istəyiblər.