Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Sərhəd Xidmətinin dörd tenderi ləğv olundu

23 dek 2025, 16:02
Sərhəd Xidmətinin dörd tenderi ləğv olundu

Dövlət Sərhəd Xidməti tərəfindən elan edilmiş dörd satınalma müsabiqəsi ləğv olunub.

Liderxeber.az xəbər verir ki, tenderlərin ləğv edilməsinə səbəb kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib.

Ləğv edilən tenderlər bunlardır:

- "Yataq dəstləri" adlı müsabiqə - ehtimal olunan qiymət 2 682.26 manat;

- "Sərhədçi" İstirahət Mərkəzində taxta gəmidə cari təmir işləri - ehtimal olunan qiymət 32 193.13 manat;

- "Tikinti materialları" üzrə müsabiqə - ehtimal olunan qiymət 59 537.17 manat;

- "Dəftərxana ləvazimatları" adlı müsabiqə - ehtimal olunan qiymət 2 302.46 manat.

Ləğv edilən dörd tenderin ümumi ehtimal olunan maliyyə dəyəri 96 min 714 manat təşkil edir.