Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bayramın təhlükəsiz keçməsi üçün qaydalara əməl edək! - Video

23 dek 2025, 13:03
Bayramın təhlükəsiz keçməsi üçün qaydalara əməl edək! - Video

Bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur. Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə gətirib çıxarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Liderxeber.az-a bildirilib ki, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır.

“Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər.

Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq. Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək!”, - məlumatda vurğulanıb.