Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

“Məhkəmə qərarı olsa da, aylardır SOCAR-dakı işimə bərpa etmirlər”

22 dek 2025, 13:32
“Məhkəmə qərarı olsa da, aylardır SOCAR-dakı işimə bərpa etmirlər”

“Bu ilin yanvarında məni SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” QSC-dəki işimdən haqsız yerə uzaqlaşdırdılar. Guya mənimlə əmək müqaviləsi vaxtının bitdiyini əsas gətirdilər, lakin digər işçilərlə yenidən müqavilə bağlandı. Aylardır mübarizə aparıb məhkəmələrdə qalib gəlsəm də, hələ də işimə bərpa oluna bilmirəm”.

Liderxeber.az xəbəbr verir ki, bu iddia ilə  vətəndaş Nazim Məmmədov müraciət edib.

N. Məmmədov 18 il Azərbaycanın neft-qaz sənayesində çalışdığını, bir çox əhəmiyyətli layihələrin müəllifi və iştirakçısı olduğunu deyir: “Gənc bir alim kimi məsuliyyətlə, vicdanla çalışmışam, texnika üzrə fəlsəfə doktoruyam. Mənim fəaliyyətimə dünyaşöhrətli neftçi alim Xoşbəxt Yusifzadə şəxsən qiymət verib. Öz işimin peşəkarı olmaqla yanaşı, döyüş bölgəsində zabit olmuşam, ehtiyatda olan baş leytenantam. 3 qız atasıyam, övladlarımı tək böyüdürəm. 15 yaşlı böyük qızım ciddi ürək qüsurundan əziyyət çəkir, əlildir. Təssüf ki, işdən çıxarılarkən nə mənim işgüzar fəaliyyətim, nə də ki, ağır sosial durumum nəzərə alındı. Bu mənə böyük haqsızlıq idi...”

Şikayətçi SOCAR rəhbərliyinə dəfələrlə müraciət etdiyini, problemin həlli ilə bağlı heç bir köməklik olunmadığını bildirib: “Məcbur qalaraq məhkəməyə müraciət etdim. Nizami Rayon Məhkəməsində işimə 6 ay baxıldıqdan sonra bu ilin 24 iyununda xeyrimə qətnamə çıxarıldı. Lakin qarşı tərəf apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsində 3 ay müddətində işə baxıldıqdan sonra 18 noyabr tarixində mənim xeyrimə (əvvəlki işə və həmin vəzifəyə bərpa olunma ilə bağlı) qətnamə çıxarıldı. Lakin hələ də işimə bərpa olunmamışam.

Artıq 10 aydır ki, ağır sosial durumla üz-üzə qalmışam. Xəstə övladımı müalicə etdirə, uşaqlarımı dolandıra bilmirəm. Banklara olan kreditləri ödəyə bilmirəm. Bu, Azərbaycan aliminə qarşı böyük haqsızlıqdır”.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlamışıq.