Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər

“Yola çıxanda gördüm ki, canavar qadını tutub...” - Video

22 dek 2025, 11:30
“Yola çıxanda gördüm ki, canavar qadını tutub...” - Video

“Bir də gördük ki, qadınların qışqırıq səsi gəldi. Tez durub səs gələn yerə qaçdıq. Gördüm ki, atam canavarı boğur”.

Liderxeber.az xəbər verir ki, bunu dekabrın 20-si Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərdən biri - Fariz Lətifov “Baku TV”yə açıqlamasında bildirib.

“İstədim, mən də kömək edim. Əllərimdən yapışdı. Ayağım isə ilişdi, yerə yıxıldım. Həmin anda atam canavarın ayağından yapışdı, mən isə təpik vurdum, sonra qaçıb getdi”, - deyə o əlavə edib.

Digər xəsarət alan Gündüz Lətifov isə qeyd edib ki, yola çıxanda canavarın qadını qolundan tutduğunu görüb: “Mən gələn kimi xanımı buraxıb üstümə tullandı. Mən də onu havada tutub qolumun altına saldım. Qışqırdım ki, kömək edin. Əlimi yaraladı, həmin vaxt da oğlum gəldi. Onun da qollarını yaraladı. Camaat gəldikcə isə qorxub qaçdı”.

Daha ətraflı videomaterialda: