Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir

19 dek 2025, 10:42
“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir

Dövlətin əsl gücü onun vətəndaşa münasibətində, ədalətə və insan taleyinə yanaşmasında üzə çıxır. Ölkə başçımızın söylədiyi “İnsan amili bizim siyasətimizin mərkəzində dayanır” fikri illər ərzində aparılan sosial islahatlarda və humanist hüquq siyasətində aydın hiss olunur.

Dövlət başçısının “cəzanın məqsədi insanı sındırmaq deyil, onu cəmiyyətə qaytarmaqdır” yanaşması isə bu siyasətin mahiyyətini tam aydınlığı ilə göstərir. Məhz bu düşüncənin davamı kimi “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Amnistiya aktında Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, şəhid ailələrinin üzvlərinin, müharibədən zərər çəkmiş vətəndaşların, qadınların, ahıl insanların və yetkinlik yaşına çatmayanların nəzərə alınması isə dövlətin humanist mahiyyətinin real göstəricisidir. Bu həm də cəmiyyətin həssas təbəqələrinə verilən dəyərin açıq ifadəsidir. Bir vətəndaş kimi mən bu təşəbbüsü sadəcə hüquqi sənəd yox, dövlətin öz xalqına ünvanladığı mühüm mesaj kimi qəbul edirəm. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan dövləti gücünü yalnız sərt qərarlarda deyil, ədalət və mərhəmətdə görür.

Belə ki, minlərlə ailə üçün amnistiya yeni ümid, yeni başlanğıc deməkdir. Möhtərəm Prezident cənab İlham Əliyevin “biz güclü dövlət qurmuşuq və bu güc xalqla birliyimizdədir” çağırışı məhz belə addımların real məzmununu təşkil edir. Göründüyü kimi 1995-ci ildən bu günə qədər qəbul edilən çoxsaylı əfv və amnistiya aktları Azərbaycan dövlətinin humanizm siyasətinin təsadüfi yox, ardıcıl və düşünülmüş xarakter daşıdığını göstərir. Ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildə söylədiyi kimi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - fikri bu gün, konkret qərarlarda və insan talelərinə toxunan addımların təsdiqidir. Bu addımlar Azərbaycan dövlətinin dayanıqlı, humanist və vətəndaş mərkəzli siyasətinin davamlı təzahürüdür və dövlət-vətəndaş birliyinin real ifadəsidir.

Alim Əliyev;
Neftçala rayonu