Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Sabah yağış yağacaq

11 avq 2025, 14:03
Sabah yağış yağacaq

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.