Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Bəzi universitetlər rus bölməsinə ixtisas seçimini dayandırdı - SİYAHI

11 avq 2025, 12:00
Bəzi universitetlər rus bölməsinə ixtisas seçimini dayandırdı - SİYAHI

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Liderxeber.az xəbər verir ki, Modern.az saytı ötən illə builki ixtisas seçiminin müqayisəsini apararkən maraqlı məlumata şahid olub. Araşdırmalar zamanı məlum olub ki, bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.

Belə ki, "Abituriyent" jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib.

Beləliklə, rus dili bölməsinə qəbulu dayandıran universitetlərin siyahısını təqdim edirik:

I qrup üzrə

Bakı Dövlət Universiteti (BDU);

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC);

Bakı Mühəndislik Universiteti (BMU);

Dövlət Dəniz Akademiyası.

Gömrük Akademiyası;

Naxçıvan Dövlət Universiteti (NDU);

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU);

Azərbaycan Texnologiya Universiteti;

Sumqayıt Dövlət Universiteti (SDU);

"Azərbaycan" Universiteti.

II qrup üzrə

Azərbaycan Texniki Universiteti (AzTU);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC);

Bakı Mühəndislik Universiteti (BMU);

ADA Universiteti;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU);

Azərbaycan Dövlət Turizm və Menecment Universiteti;

Gömrük Akademiyası;

Naxçıvan Dövlət Universiteti (NDU);

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU);

"Azərbaycan" Universiteti;

Bakı Avrasiya Universiteti;

Bakı Biznes Universiteti.

III qrup üzrə

Bakı Dövlət Universiteti (BDU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Milli Aviasiya Akademiyası;

Naxçıvan Dövlət Universiteti (NDU);

"Azərbaycan" Universiteti;

Bakı Avrasiya Universiteti.

IV qrup üzrə

Bakı Dövlət Universiteti (BDU);

Azərbaycan Tibb Universiteti (ATU);

Bakı Mühəndislik Universiteti (BMU);

Naxçıvan Dövlət Universiteti (NDU);

Gəncə Dövlət Universiteti;

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU);

Azərbaycan Texnologiya Universiteti;

Sumqayıt Dövlət Universiteti (SDU).

V qrup üzrə

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Bakı Mühəndislik Universiteti;

ADA Universiteti;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU);

Azərbaycan Texnologiya Universiteti.