Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

Azərbaycanda yeni radio yayıma başlayır

05 apr 2024, 17:40
Azərbaycanda yeni radio yayıma başlayır

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub.

Şuradan LiderXəbər-ə verilən xəbərə görə, ilk olaraq müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.

İclasın sonunda müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - "Sağlam Media" MMC (radio redaksiyanın adı "Sağlam Radio") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.

Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki "Şirvan" RTYS-dan 104.5 MHs radiotezlikləri "Sağlam Radio" kanalının yayımı üçün "Sağlam Media" MMC-nin istifadəsinə ayrılıb.