Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Sürücülərin həyatını təhlükəyə atan yol - Sakinlərin "siqnal dərdi" nə zaman bitəcək?

19 dek 2025, 17:59
Sürücülərin həyatını təhlükəyə atan yol - Sakinlərin "siqnal dərdi" nə zaman bitəcək?

Liderxeber.az-ın "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın Məhəmməd Hadi küçəsində müşahidə olunan nəqliyyat problemi diqqətə çatdırılıb.

Bildirilib ki, küçənin Babək prospektinə yaxın hissəsində, metronun "Əhmədli" stansiyası istiqamətində günün müxtəlif saatlarında ciddi sıxlıq yaranır.

Qeyd olunub ki, sıxlığın əsas səbəbi düz istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin çoxluğu və bunun fonunda üç hərəkət zolağından birinin yalnız sola dönüş üçün ayrılması, digərinin isə ictimai nəqliyyat üçün nəzərdə tutulmasıdır.

Sakinlərin şikayətlərinə görə, ərazidə yaranan sıxlıq avtomobillərin tez-tez siqnal verməsinə səbəb olur və bu hal ətrafda yaşayanların narahatlığına yol açır.

Əlavə edilib ki, avtobus zolağının döngədən dərhal sonra başlaması və işıqforun buraxıcılıq qabiliyyətinin aşağı olması sıxlığın artmasına təsir göstərən amillər sırasındadır.

Daha ətraflı videomaterialda: