Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı istifadəyə verilib

14 fev 2023, 11:47
Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı istifadəyə verilib

Dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) yeni "share.gov.az" platformasını istifadəyə verib.

Liderxəbər XRİTDX-nin yaydığı məlumata istinadən xəbər verir ki, platforma "wetransfer", "dropbox", "boxca" və bu kimi platformalara etibarlı alternativdir. Platforma istifadəçilərə, həm qarşı tərəflə paylaşılacaq faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrələmə imkanını verir. Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir.

Yalnız “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər. Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri - "Kibertövsiyə" bölməsi əlavə olunub.

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız "share.gov.az" platformasını tətbiq etməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.