Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni dərslik hazırlanacaq: Müstəqillik dövründə ilk olacaq

16 may 2025, 13:16
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni dərslik hazırlanacaq: Müstəqillik dövründə ilk olacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri - I, II və III siniflər üçün yeni dərslik hazırlanır.

Bu, müstəqillik dövründə hazırlanacaq ilk dərslik olacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda musiqi məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti ötən əsrin ortalarında yazılmış materiallara əsaslanır. 1955-ci ildə hazırlanmış L.Yeqorova və R.Siroviçin "Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı", eləcə də Sevda İbrahimovanın, Gülnarə Səfərəliyevanın və digər müəlliflərin vəsaitləri bu gün də istinad mənbələri kimi istifadə olunsa da, müasir təhsil yanaşması, milli intonasiya və yeni pedaqoji prinsipləri tam şəkildə əhatə etmir.

Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər.

Dərsliyin əsas məqsədi - şagirdlərə fortepiano təhsilinin başlanğıc mərhələsində klassik musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərini təqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafını dəstəkləməkdir.

Pilot layihə çərçivəsində dərsliyin ilk bölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.