Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

UEFA Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub etdi

17 fev 2023, 01:08
UEFA Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub etdi

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

LiderXəbər xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da bu mərhələdə ilk matçına çıxıb. Bu, 2023-cü ildə Ağdam təmsilçisinin Avropa kuboklarında ilk oyunu olub.

Qurban Qurbanovun komandası Bakıda Belçika "Gent"ini qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi bu vacib matça ciddi itkilərlə çıxıb. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən bu oyunu buraxıb. Mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyib.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.

Xatırladaq ki, "Gent" Belçika çempionatında hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.

16 fevral

UEFA Kofrans Liqası

Pley-off

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0 

Qol: Leandro Andrade, 78

Hakimlər: Mohammed Al-Hakim, Fredrik Klyver, Robin Vilde (İsveç)

Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu