Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

"Konyaspor"da ən çox ümid bəslənilən futbolçu Mahir Emrelidir

16 fev 2023, 15:22
"Konyaspor"da ən çox ümid bəslənilən futbolçu Mahir Emrelidir

Türkiyənin "Konyaspor" klubunda ən çox ümid bəslənilən futbolçu Azərbaycan millisinin üzvü Mahir Emrelidir.

Liderxəbər "Yenihaberden" nəşrinə istinadən xəbər verir ki, son dörd turda xalsız qalan və bunların üçündə rəqib qapılarına yol tapa bilməyən Konya təmsilçisi 26 yaşlı hücumçudan çox şey gözləyir.

Azərbaycanlı forvardın növbəti matçlarda qollar və məhsuldar ötürmələr üçün meydana çıxacağı bildirilib.

Komanda mövsümün əvvəlində daha çox Muhammed Demirə şans verib. 32 yaşlı hücumçu istənilən formada olmadığı üçün və zədə səbəbindən rəqabətdə 36 yaşlı Mame Diufa uduzub. Seneqallı təcrübəli futbolçu isə ardıcıl son 4 qarşılaşmada fərqlənə bilməyib.

Qeyd edək ki, Türkiyə Super Liqası martın əvvəlində bərpa ediləcək. "Konyaspor" XXIII turda "Fənərbağça"nın qonağı olacaq.