Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

"Gent"in futbolçusu: "Qarabağ"ı qiymətləndirməmək olmaz"

16 fev 2023, 12:03
"Gent"in futbolçusu: "Qarabağ"ı qiymətləndirməmək olmaz"

“Qarabağ”ı qiymətləndirməmək olmaz”.

LiderXəbər xəbər verir ki, bunu Belçikanın “Gent” klubunun futbolçusu Sven Kums UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyun ərəfəsində rəqib barədə fikirlərini bildirərkən deyib.

35 yaşlı vitse-kapitan Azərbaycan təmsilçisinin avrokuboklardakı nəticələrinin diqqətçəkən olduğunu söyləyib: “Onlar bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyə çox yaxın idilər. Yalnız pley-offda uduzdular. Avropa Liqasının qrupunda isə 8 xal topladılar. “Qarabağ”ı məğlub etmək asan olmayacaq”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.