Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Əsəb zəifliyini necə müalicə edək?

14 fev 2023, 13:10
Əsəb zəifliyini necə müalicə edək?

Müasir dövrdə uzun sürən stress, psixotravma və sairə özünü əsəbilik, qəzəb, ürək nahiyəsində sancı və bir sıra simptomlarla özünü göstərir.

LiderXəbər tibbi mənbələrə istinadən xəbər verir ki, əsəb zəifliyini müalicə etmək üçün kərəviz faydalıdır. Bunun üçün 50 qr. və 60 qr. kərəviz yarpağını 1 litr suda dəmləyib səhər, günorta və axşam bir fincan için.

50 qr. şirin badam içini 50 qr. qənd və ya şəkər tozu ilə ovun. Sonra onu 1 litr suya əlavə edib eynicinsli məhlul alınanadək qaşıqla yavaş-yavaş qarışdırın. Bu məhluldan səhər-axşam bir neçə dəfə için.
Söyüd, qara qovaq, gilas və bu kimi soyuq təbiətli ağacların çubuqlarının külü kiçik kisəyə yığılıb əsəbi şəxsin belindən asılsa xəstəliyini aradan qaldırar.

Balqabaqdan hazırlanan mürəbbə bədəni və əsəbləri qüvvətləndirir.

Portağal yarpaqlarını dəmləyib 2-4 qr.-ını içmək əsəbləri qüvvətləndirir.

Süsən gülünün ətri həssas insanlarda möhkəm baş ağrısı və əsəb yarada bilər. Bu səbəbdən də bu gülü bağlı otaqlarda saxlamaq məsləhət deyil.

Möhkəm yorğunluğa düçar olan və ya əsəb xəstəliyi olan insanlar üçün ən faydalı yemək baldır.

Dəmlənmiş tərxun əsəb xəstəlikləri üçün faydalıdır. 5 qr. xırdalanmış tərxunu bir fincana tökün. Üstünə qaynanmış su əlavə edərək 10 dəqiqə dəmlənməsini gözləyin. Hər yeməkdən sonra dəmlənmiş tərxunu için.

Əsəblərin sakitləşməsi üçün yeməkdə və salatlarda reyhandan çox istifadə edin.

Kabab olunmuş piysiz ət, ciyər, qoyun və quzunun beyni, banan, xurma, əncir, təzə meyvələr, çiy göyərtilər, bal və başqa yeyintilərdə B vitamini olduğundan iztirab və s. ruhi narahatçılıqların dərmanıdır.
B vitamininin əsəblərə təsirinə gəlincə isə bu vitamin əxlaq vitamini də adlanır. Çünki əsasən əsəbləri tənzimləyən bu vitamin ruhi aramlıq yaradır. Bu da əsəblərin kontrolunda, uşaqların inkişafında müsbət təsirlər qoyur. Bu vitaminin azlığı insanda yorğunluq hissi, iştahasızlıq, həssaslıq, həyəcan əmələ gətirir.

Əgər bu çatışmamazlıq aradan qaldırılmasa hafizənin zəifləməsi ilə nəticələnər.

Zəhərlənmə, üfunət, məğzi vərəmlər kimi cismi xəstəliklərin bir çoxu ruhi narahatlıqlarla bağlıdır. Bu kimi xəstəliklər yalnız mütəxəssislərin vasitəsilə sağaldılmalıdır.

Körpələri döyməklə danlamaq, onları bir çox şeylərdən məhrum etmək, şəxsiyyətlərinin qırılmasına səbəb olur. Bu zaman onların ruhiyyəsində mənfi təsirlər yaranır və əsəbləri korlanır. Onlarda iştahasızlıq yaranır, yuxuları qısalır, pərişan olur, dərs oxumurlar. Uşağın döyülməsi onda ömrünün sonunadək izi itməyən təsirlər buraxır. Bu da onun hər cür cismi və ruhi narahatlığını artırır.
 

Bu kimi hallarda unutmaq olmaz ki, xoş davranmağın, yumşaq danışmağın, anlayış göstərməyin özü ən yaxşı sakitləşdirici vasitədir.