Son Xəbərlər
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər

Qazaxıstanda Süni İntellekt Nazirliyi yaradılacaq

08 sen 2025, 16:30
Qazaxıstanda Süni İntellekt Nazirliyi yaradılacaq

Qazaxıstanda ayrıca Süni İntellekt Nazirliyi yaradılacaq.

Liderxeber.az-ın Tengrinews.kz nəşrinə istinadən xəbərinə görə, bu barədə Qazaxıstan xalqına müraciətində dövlət başçısı Kasım-Jomart Tokayev məlumat verib.

Tokayev müraciəti zamanı "Rəqəmsal kodeks (məcəllə) haqqında" qanunun qəbulunun sürətləndirilməsinin vacibliyini vurğulayıb.

"O, rəqəmsallaşmanın əsas istiqamətlərini, o cümlədən süni intellekt, platforma iqtisadiyyatı, böyük verilənlərdən (məlumatlardan - red.) istifadəni və digər aspektləri müəyyən etməlidir. Yeni texnoloji nizamın bir hissəsi olmaq üçün şəffaflığın, səmərəliliyin və insan mərkəzliliyinin dəfələrlə artırılması ilə dövlət idarəçiliyinin bütün sistemini yenidən qurmaq lazım gələcək. Ona görə də mövcud aidiyyəti nazirliyin bazası əsasında süni intellekt və rəqəmsal inkişaf nazirliyinin yaradılmasını zəruri hesab edirəm", - deyə Kasım-Jomart Tokayev bildirib.