Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

ABŞ-də Trampın kütləvi rüsumları: Ağ Ev məhkəməyə müraciət etdi

04 sen 2025, 15:50
ABŞ-də Trampın kütləvi rüsumları: Ağ Ev məhkəməyə müraciət etdi

ABŞ Prezidenti Donald Trampın Administrasiyası kütləvi rüsumlarla bağlı işə baxılması üçün Ali Məhkəməyə təcili sorğu göndərib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri məlumat verib.

"Əgər məhkəmələr hansısa şəkildə rüsumlarla bağlı bizim əleyhimizə qərar çıxarsalar, hansı ki, gözlənilmir, bu, digər ölkələrə öz anti-ABŞ rüsumları ilə ölkəmizi girov tutmağa imkan verəcək", - deyə Tramp vəziyyəti şərh edib.

Xatırladaq ki, aprelin 2-də Donald Tramp 185 ölkədən malların idxalına yeni rüsumlar sisteminin tətbiq olunduğunu elan edib. Baza göstərici 10% təşkil edib, lakin bəzi ölkələr üçün bu rəqəm əhəmiyyətli dərəcədə yüksək olub. Bu qərar beynəlxalq tənqid fırtınasına səbəb olub - ölkə liderləri ABŞ prezidentinin bu addımını pisləyiblər və ticarət münaqişələrinin genişlənməsindən və yeni iqtisadi sarsıntılardan ehtiyat edərək cavab tədbirləri ilə hədələyiblər. Lakin mayın 29-da ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Trampın səlahiyyətlərini aşdığını əsas gətirərək, onun tətbiq etdiyi rüsumları bloklamaq qərarına gəlib. Bundan qısa müddət sonra apellyasiya məhkəməsi bu qərarın icrasını dayandırıb və bununla da rüsumların taleyini qeyri-müəyyən vəziyyətdə qoyub.