Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Qatlana bilən “iPhone” modeli bu tarixdən satışda - Nömrə taxmağa yeri olmayacaq

30 avq 2025, 11:32
Qatlana bilən “iPhone” modeli bu tarixdən satışda - Nömrə taxmağa yeri olmayacaq

“Apple” şirkəti 2026-cı ildə qatlana bilən “iPhone” modelini istehsal edərək satışa çıxardacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg”in yazarı Mark Qurman paylaşıb.

Onun sözlərinə görə, “iPhone”nin bu yeni modeli “Apple” şirkətinin istehsal etdiyi ən iddialı model olacaq. 

Belə ki, qatlana bilən “iPhone” kitab kimi açılacaq. 

Bu model bağlandıqda, 13-15 sm xarici ekranı ilə ənənəvi “iPhone” kimi istifadə edilə bilər.

Açıldıqda isə istifadəçilərə böyük 20 sm daxili ekran təqdim olunacaq.

Cihazda cəmi dörd kamera olacaq.

Yeni model  “Face ID” əvəzinə “Touch ID” istifadə edəcək. Barmaq izi sensoru cihazın yan tərəfindəki güc düyməsinə (on-off) inteqrasiya olunacaq. “Apple” şirkətinin belə qərar verməsi isə cihazın nazik olması ilə bağlıdır. 

Qatlana bilən “iPhone” qapalı halda cəmi 9,5 mm qalınlığında olacaq. Bu özəlliyi də onu bu günə qədər ən nazik “iPhone” modeli edəcək.

Qatlana bilən “iPhone”də  ikinci nəsil C2 modemi olacaq. Bu modem daha yüksək sürət təklif edəcək. Bundan əlavə, cihazlarda “SİM kart” yuvası olmayacaq. Telefon ancaq  “eSIM”i dəstəkləyəcək.

İlk qatlana bilən model qara və ağ rəngdə təqdim ediləcək.

Yeni modelin rəsmi qiyməti məlumatı olmasa da, “Android” rəqiblərinin 1800 dollardan çox qiymətə satıldığını nəzərə alsaq, “Apple” şirkətinin daha aşağı qiymət təyin etməsi gözlənilmir.